​Tillerson: “ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”

Baxış sayı:
3221

ABŞ və Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır.
Muxalifət.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“İrəlidə bizi Strateji Hücum Silahlarının (SHS) azaldılması və “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə dair çox ciddi danışıqlar gözləyir”, deyə dövlət katibi vurğulayıb.
R.Tillerson müntəzəm məsləhətləşmələr və yaxud yeni təşəbbüslərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.