Tibbi ekspertiza ürək tutumasından öldüyünü açıqlayıb, yaxınları isə qətlə yetirildiyini iddia edir... – BEYLƏQANDA MÜƏMMALI OLAY

Baxış sayı:
1282

Beyləqan rayonu, “Sokzavod” deyilən ərazidə (RTS qəsəbəsi) yaşayan Səfərov Şükür Nazar oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Əmisi oğlunun qətlə yetirildiyini, cinayətdə əli olan şəxsin isə hələ də azadlıqda olduğunu iddia edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Səfərov Şükür Nazar oğlu, yazaraq bildirirəm ki, əmim oğlu Səfərov Nizami Hüseyn oğlu 8 noyabr 2024-cü ildə öldürülb. Mərhum qarovulçu kimi çalışırdı.
Düşünürəm ki, bu cinayətdə 3 oğlanın və bir qadının əli var. Mərhum Səfərov Nizami oğlunu vəhşicəsinə qətlə yetiriblər.
Məlumat üçün bildirim ki, qətli törədənlər də çoban kimi fəaliyyət göstərirlər. Onlarla mərhum Səfərov Nizami arasında illərlə davam edən ədavət vardı. Neçə gündür qətl törədilməsinə baxmayaraq, cinayət törədənlərə qarşı heç bir tədbir görülmür.
Sizdən haqq-ədalətin öz yerini tutmasını dəstək göstərmənizi xahiş edirəm.
Onu da vurğulayım ki, tibbi ekspertizanın verdiyi rəydə mərhumun ürək tutmasından öldüyü bildirilir”.
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Aynurə İSMAYIL