​Telman İsmayılov Fransadan siyasi SIĞINACAQ İSTƏDİ

 “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.
Bu barədə Mash teleqram-kanalı xəbər yayıb. Qeyd edilir ki, biznesmen Provansda məskən salmağı planlaşdırır.
Teleqram-kanalın məlumatına görə, fransız xüsusi xidmət orqanları ilə danışıqlarda T.İsmayılov bildirib ki, guya onda Rusiyanın bütün gücstrukturlarından olan yüksək vəzifəli şəxslərlə bağlı ifşaedici dəlillər var. Əgər ona sığınacaq versələr, onda o da bütün informasiyaları Fransaya verəcək.