“Təcili şəkildə Naxçıvana gediş-gəliş təmin olunsun” – DEPUTAT

Baxış sayı:
2736

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Musatafa Naxçıvan Muxtar Respublikasına gediş-gəliş təmin olunması təklifi ilə çıxış edib. 

Deputat gediş-gəlişdə ciddi problemlər yarandığını bildirib. “Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”, – deyə Fazil Mustafa vurğulayıb.