​Tbilisi aeroportunda bomba həyəcanı

Şota Rustavelli adına Tbilisi beynəlxalq hava limanında insanlar təxliyə olunub.
Muxalifet.az-ın məlumatına görə, bu barədə şahidlərə istinadən Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.
Hava limanı partlayıcı qurğunun quraşdırılması haqqında məlumat daxil olduqdan sonra yoxlanılır.
Daxili İşlər Nazirliyi aeroporta gedən avtomobil yollarını bağlayıb.
Başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.