Tacikistanda əhalinin sağlamlığı xatirinə qəribə addım atıldı

Baxış sayı:
37903

Tacikistanın hakim dairələri mobil rabitə və internet qiymətlərini iki dəfə bahalaşdırıb. Buna səbəb kimi əhalinin sağlamlığından narahatlıq duyulması göstərilib. Bu barədə ASIA-Plus portalına ölkənin Rabitə Xidmətinin rəhbəri İlhom Atoyev məlumat verib.
“İnternetin qiyməti bahalaşanda insanlar ondan faydalı və savadlı şəkildə istifadə etməyi öyrənəcəklər. Az oyun oynayacaq, görmə qabiliyyətlərini qoruyacaqlar. Gənclərə bir baxın, hamısı başını aşağı dikib, telefonla internetə qoşulub. Ümid edirik ki, bundan sonra insanlar daha çox kitab oxuyacaq və bir-birləri ilə ünsiyyət quracaqlar”,- deyə o bildirib.
Tacikistanda internet üçün yeni tariflər aprelin 18-dən qüvvəyə minib. Əvvəllər 1 GB internet üçün tarif 3,5 dollar idi, indi qiymət iki dəfə artaraq 6,7 dollar təşkil edəcək.