Suriyanın Rakka şəhərində kürd terrorçuları əhalini Türkiyəyə qarşı çıxmağa çağırır

Baxış sayı:
9136

“Suriya Demokratik Qüvvələri“ (SDQ) adı altında gizlənən terrorçular Rakka əyalətinin şərqində yerləşən Əl – Karam şəhərində Türkiyənin xeyrinə olan plakatlarla mübarizəyə başlayıblar.
Bu barədə Əl - Nur portalı xəbər verir, kürd radikalları “öz tərəfdarları” vasitəsilə təbliğatlarını yaymağa çalışırlar: onlar yerliləri türklərin “Sülh mənbəyi” antiterror əməliyyatına qarşı çıxmaq üçün qızışdırır. Bunun əvəzində onlar əhalini SDQ-yə qoşulmağa çağırırlar. Bundan başqa kürd terrorçuların zəbt etdiyi Fərat çayı ətrafında bu kürd işğalçılarına nifrət bəsləyən çox sayda ərəb yaşayır.
SDQ başçıları türklərlə döyüşlər əsnasında 4 nəfərdən çox döyüşçüsünün öldüyünü etiraf etdi. Bu haqda ANF News bildirdi ki, onlar kürd bandalarının səlahiyyətli başçılarının Rakkada keçən dəfn mərasimi haqda məlumat vermişdilər. Xatırladaq ki, radikallar Türkiyə -Suriya sərhədində yaradılmış Təhlükəsiz Zonanı tərk etməli olsalar da, hələ də bu bölgədə terror aktları törədirlər.
Muxalifet.az