Suriyada neft-qaz yataqlarını ələ keçirmiş ABŞ hərbçiləri dinc sakini öldürdü

Baxış sayı:
4346

Amerikalı hərbçilər Suriyada dinc sakini güllələyiblər.

Suriyanın SANA dövlət televiziyasının məlumatına görə, Amerika hərbçiləri ölkənin şimal-şərqindəki Deyr-əz-Zor vilayətində avtomobil sükanı arxasında olan dinc sakini güllələyiblər. Vətəndaşın idarə etdiyi avtomobil Koniko neft yatağının yaxınlığındakı magistral yolla hərəkət edirmiş.

Amerika hərbçiləri Suriyanın Haseke və Deyr-əz-Zor əyalətlərində qeyri-qanuni fəaliyyət göstərməkdədirlər. Onlar burada Suriyanın iri neft və qaz yataqlarını ələ keçiriblər. Suriya hakimiyyəti dəfələrlə Vaşinqtonun fəaliyyətini Suriya Ərəb Respublikasının təbii sərvətlərini talan edən “dövlət səviyyəsində quldurluq” adlandırıb./Hurriyyet.org