Suriya qaçqınları evlərinə qayıdır
21-10-2019 13:10
Baxış sayı:
20210
“Son 24 saat ərzində Suriyaya Livandan “Ceydet-Yabus”, “Tel-Halax” sərhəd keçid məntəqələrindən 402 nəfər, İordaniyadan “Nasib”sərhəd keçid məntəqəsindən 573 nəfər qaçqın qayıdıb”. Bu barədə Muxalifet.az RİA Novosti-yə istinadla xəbər verir.
Əlavə olunur ki, xüsusi mühəndis bölmələri minaların zərərsizləşdirilməsi üzrə Əl-Harra ,Derra vilayətinin Casim , Dəməşqin Duma yaşayış məntəqələrində təmizləmə işləri aparırlar. Son bir gün ərzində mütəxəssislər 2,8 hektar ərazini təmizləyiblər. 36 ədəd mina və partlayıcı aşkar olunub və zərərsizləşdirilib.