Səudiyyə şahzadəsini Tramp təyin etdirib - Vulf

Baxış sayı:
3886

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmanın vəliəhd təyin edilməsinə “adamımızı zirvəyə yerləşdirdik” sözləri ilə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Maykl Vulfun müəllifi olduğu “Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabında deyilib.
Məlumata görə, Səudiyyə vəliəhdinin şahzadələri həbs etdirməsinə Donald Tramp da dəstək verib. Bu dəstəyi gizlətməyərək Tvitter hesabından Krala və vəliəhdinə güvəndiyini yazan Tramp həmçinin hadisələrdən bir müddət əvvəl Cared Kuşneri Ər-Riyada göndərib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın və vəkillərinin bütün xəbərdarlıqlarına baxmayaraq kitab hətta elan edildiyi vaxtdan əvvəl işıq üzü görüb.