Səudiyyə Şahzadəsindən növbəti xəyanət: VƏLİƏHDDƏN İSRAİLİ TANIMA İŞARƏSİ

Baxış sayı:
5845

ABŞ-a etdiyi üç həftəlik səfərini davam etdirən Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Səlman (32), 'Atlantic' jurnalında dünən nəşr olunan müsahibəsində, İsrailin öz torpaqlarına sahib olma hüququnun olduğunu söyləyib.
 
Səud Şahzadəsi, jurnalın redaktoru Jeffrey Goldberg'in "Yəhudi xalqının atalarının yurdunda bir milli dövlətə sahib olma haqqının olduğuna inanıb, inanmadığı" istiqamətindəki sualını, "Hər xalqın, hər yerdə, hüzur dolu ölkəsində yaşamaq hüququ vardır. Fələstinlilər və israillilər öz torpaqlarına sahib çıxma hüququna malikdirlər" deyə, cavablandırıb. Lakin Muhəmməd bin Səlman, İsraillə rəsmi əlaqə qurulması üçün fələstinlilərlə razılaşmanın ön şərt olduğunu ifadə edib.
Səudiyyə Ərəbistanı ilə İsrail arasında hələ rəsmi diplomatik əlaqə yoxdur, lakin pərdə arxasında iki ölkə, son illərdə əlaqələri inkişaf etdirmənin yolları axtarır. Hər iki ölkə İranı ən böyük xarici təhlükə və ABŞ-ın əsas müttəfiqi kimi görür.

Müxalifət.az