Səudiyyə şahzadəsi Trampın cavabını verdi

Baxış sayı:
4669

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadə Məhəmməd bin Salman, “Bloomberg” televiziyasına verdiyi müsahibədə, ABŞ prezidenti Donald Trampın, Səudiyyə Ərəbistanla bağlı verdiyi alçaldıcı açıqlamalara toxunub.
 
Xəbərə görə, "Səudiyyə Ərəbistanı tarixdə 1744-dən bu yana mövcuddur. Güman edirəm, ABŞ yaranmamışdan 30 il əvvəl Səudiyyə mövcud idi " deyən Məhəmməd bin Salman, Trampın son açıqlamalarının çox da məqsədəuyğun olmadığını bildirib. Şahzadə, "Səudiyyə Ərəbistanı təhlükəsizliyinin əvəzində hər hansı bir bədəl ödəməyəcəkdir. ABŞ-dan aldığımız bütün silahların pulunu ödədik. Bunlar pulsuz verilən silahlar deyil" deyə bildirib.
 
Trampla işləməyi sevirəm
 
Ölkəsinin bu məsələyə "Bir dost, yaxşı və ya pis şeylər söyləyə bilər" nəzərində baxdığını ifadə edən Məhəmməd bin Salman, "ABŞ prezidenti ilə işləməyi sevirəm. İki ölkə arasındakı münasibətlər 99 faiz yaxşı gedərkən, 1 faiz pis bir məsələ gündəmə gəldi" deyə söyləyib.
Müxalifət.az