Səudiyyə molla rejimindən qisasını aldı – İRANIN NEFT TANKERİ VURULDU

Baxış sayı:
3201

Xəbər verdiyimiz kimi, cümə günü Milli İran Neft Şirkətinə (NIOC) məxsus tanker iki raketlə vurulub. Ehtimal olunur ki, raketlər Səudiyyə torpağından atılıb. İran Dövlət Milli Tanker Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Saheb Sadeghi dövlət media qurumu olan Press TV-yə bu haqda açıqlama verib. Muxalifet.az İRNA-ya istinadən xəbər verir ki, raketlərin Səudiyyə ərazisindən atıldığı barədə xəbərlər daha sonra NIOC tərəfindən də təsdiq olunub. İran hadisə ilə bağlı ictimaiyyətə heç bir sübut təqdim etməyib. Sadəcə, o bəllidir ki, vurulan zədəli gəmi hələ də cənub istiqamətində hərəkət edir. Ölkənin dəniz nəqliyyatını izləmə xidmətindən verilən məlumata görə, gəmi yararsız vəziyyətə düşüb. Qeyd edək ki, İran hələ rəsmi olaraq heç bir tərəfi günahlandırmayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi rəsmi “Fars” xəbər agentliyinə deyib ki, "bu təhlükəli avantüranın arxasında duranlar bu hərəkətin nəticələrinə görə məsuliyyət daşıyırlar". İRNA xəbər verir ki, hadisə baş verən zaman neft tankeri Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Ciddə limanından 60 mil (96 kilometr) məsafədə olub. Məlumata görə, meydana gələn partlayışlar neftin Qırmızı dənizə sızmasına səbəb olub. Tankerin bütün heyət üzvləri salamatdır. Müstəntiqlər raketlərin haradan atıldığını araşdırırlar. Onu da qeyd edək ki, bu xəbər cümə günü neftin qiymətinin qalxmasına səbəb olub. Brent markalı neftin qiyməti 2% artaraq 60 dolları keçib, WTI markalı neft isə təxminən 2% artaraq 54 dollara çatıb. Xatırladaq ki, son aylar bölgədəki neft tankerlərinə və istehsal müəssisələrinə edilən bir sıra hücumlar gərginliyi artırıb. Sentyabr ayında Səudiyyə Ərəbistanının dünyada bu qəbildən ən böyük olan Abqaiq neft emalı müəssisəsinə pilotsuz təyyarələrlə edilən hücum ölkənin neft istehsalını yarıbayarı azaltmışdı. Husi üsyançıları bu hücumun məsuliyyətini öz üzərinə götürsə də, həm Səudiyyə, həm də ABŞ müstəntiqləri bu hücumun çox böyük ehtimalla İran bazasından başladıldığını iddia etdilər. Prezident Tramp isə əlavə etdi ki, ABŞ Səudiyyə Ərəbistanının onunla “hansı şərtlərlə davam edəcəyimizi” ortaya qoyacağını gözləyir. CNN-ə müsahibə verən İranın xarici işlər naziri Cavad Zərif ölkəsinin sentyabr hücumundan xəbərsiz olduğunu və buna görə məsuliyyət daşımadığını bildirdi. O, ABŞ və ya Səudiyyə Ərəbistanı İrana hərbi hücumlar edərsə, "hərtərəfli müharibə"yə hazır olduqlarını bəyan etdi. Onu da xatırladaq ki, pilotsuz təyyarələrdən endirilən raket zərbələri iyul ayında Hörmüz Boğazında tankerlərə edilən hücumların ardınca İngiltərə tərəfindən dənizə açılan neft tankeri “Stena Impero” da İran tərəfindən ələ keçirilmişdi. Nəticədə tanker sentyabrın sonlarında İranın Bandar Abbas limanından buraxılmışdı. Muxalifet.az