​“SSRİ kimi ABŞ-ın da axırı çatmaqdadır” - SENATOR RON PAUL

Baxış sayı:
4784

ABŞ-ın tanınmış respublikaçılarından olan, keçmiş prezidentliyə namizəd, və Texas ştatının keçmiş senatoru Ron Paul ABŞ-ın ani və dəhşətverici bir sona doğru sürükləndiyini bildirib. Hurriyyet.org xəbər verir ki, o, Amerika prezidenti Donald Trampın özünü maliyyə sabitliyi sahəsində bacarıqlı hesab eləməsini tənqid edib. Russia Today (RT) televiziyasına müsahibə verən Paul deyib: “ABŞ-ın məhəl qoymadan böyüyən borcları, hərbi xərcləri sonda sistemin çökməsinə və Sovet İttifaqının son günlərindəki kimi yanıb kül olmasına səbəb olacaq”.
Trampın öz biznesmenlik qabiliyyətini ABŞ iqtidarına inteqrasiya eləməklə öyündüyünü, lakin yaxınlaşmaqda olan iqtisadi əriməni belə əngəlləyə bilmədiyini bildirən Paul deyib: “Mən iqtisadi baxımdan yanaşıram. Məncə, sovet sisteminin çokməsinə ABŞ-dakə hərbi quruluş səbəb olmadı. Sovetlər bizim kimi azad bazar adamlarının mümkünsüz hesab elədikləri bir sistemlə işləyirdilər”.
 
Bir imperatorluğun sonu
 
Faşizm, sosializm, kommunizm, hətta Keynes iqtisadi sistemlərinin də yaşarı sistemlər olmadığı və qaçılmaz şəkildə çökəcəklərini söyləyən eks-senator eyni aqibəti ABŞ-ı da gözlədiyini bildirib və deyib: “Sovet sistemində olduğu kimi ani və dəşhətli sona doğru gedirik. Düzdür, bu proseslər bənzər olmayacaq, çünki orada bəzi ölkələr Sovet sistemindən ayrılmışdılar. Bizim əyalətlərimiz ayrılmayacaq, lakin dünya miqyasında imperatorluğumuzu daha artıq maliyyələşdirə bilməyəcəyimizə səmimi şəkildə inanıram. Bizə məxsus olduğunu iddia eləməsək də, imperatorluğumuz üçün böyük məbləğdə pul və nüfuz lazımdır və biz imperatorluğu saxlamaq üçün silahla təhdidlər edib, sanksiyalardan istifadə edirik. Artıq sonumuzun yaxınlaşdığını düşünürəm”.