​"Sona qədər mübarizə aparacağıq" - Ərdoğan

Baxış sayı:
33802

“Haqq axtarmaq mübarizəsi demokratiyanın tələbidir. Biz də sona qədər mübarizəmizi davam etdirəcəyik”.
Bunu Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan deyib. 
O, bildirib ki, son söz Türkiyə Ali Seçki Komissiyasınındır: “Ali Seçki Komissiyası nə qərar verəcəksə, o da olacaq. Ondan sonra yola davam. Məqsədimiz Türkiyəni 2023 hədəflərinə çatdırmaqdır”. 
Ərdoğan vurğulayıb ki, AKP qurulduğu dövrdən gücünü millətdən alıb və bu gücü millətə xərcləyən komanda olub, əldə olunan uğur 82 milyonun uğurudur.