​SON DƏQİQƏ: Hərbi hissəyə növbəti SİLAHLI HÜCUM - bu dəfə bomba...

Baxış sayı:
3642

ABŞ-ın Florida ştatında yerləşən “Patrik” hərbi hava bazası təxliyə edilib. Publika.az xəbər verir ki, bazaya bomba yerləşdirildiyi barədə xəbər daxil olub. Keyp Kanareval Hərbi Hava Qüvvələri Stansiyasından verilən açıqlamada yaşananlarla bağlı detallı məlumata yer verilməyib. Qeyd edək ki, olaydan bir neçə saat əvvəl Pensakola Hərbi Dəniz Donanmasına silahlı hücum olmuşdu. Hadisə zamanı 4 nəfər ölmüş, 10 nəfər yaralanmışdı.