“ŞOK EDƏN SƏHNƏLƏRDİR” - NATO Baş katibi ABŞ-dakı hadisələr haqda

Baxış sayı:
1996

ABŞ-da keçirilmiş demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

“Vaşinqtonda baş verənlər şok edən səhnələrdir, demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir”, - deyə baş katib bildirib.

Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə bir neçə nəfər gözündən xəsarət alıb, 4 nəfər həlak olub.