ŞOK: Administrasiya rəhbərinə CİNAYƏT İŞİ AÇILDI - KORRUPSİYA

Baxış sayı:
10906

Ukraynanın Milli Antikorrupsiya Bürosu Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçkoya qarşı dövlətə xəyanət və büdcə vəsaitlərinin oğurlanması iddiası ilə cinayət işi açıb.
Bu barədə "Ukrainskie novosti" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Antikorrupsiya Məhkəməsinin qərarı ilə açılan iş üzrə V.Kliçkonun iki müavini də ittiham olunur.
Daha əvvəl V.Kliçkonun səlahiyyətlərindən sui-istifadə etməkdə və Kiyevdəki Şulyavski körpüsündə təmir işləri zamanı vəsait oğurlamaqda şübhəli bilindiyi açıqlanmışdı. (report)