Snouden ABŞ-a qayıtmaq üçün şərtini açıqladı

Baxış sayı:
150

Rusiyada sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden yalnız işinə obyektiv baxılacağına inamı yaranacağı təqdirdə, ABŞ-a qayıda bilər.

TASS agentliyi xəbər verir ki, bunu Snouden cümə axşamı ABŞ Milli İctimai Radiosunun jurnalistlərinə bildirib.

Amerika hakimiyyəti tərəfindən casusluq haqqında qanunların pozulmasında ittiham edilən Snouden qeyd edib ki, ABŞ-da münsiflər məhkəməsi onun jurnalsitlərə verdiyi məxfi məlumatlarla tanış olmalıdır.

"Münsiflər heyəti, bu məlumatları ictimaiyyətə açıqlamağın düzgün addım olub olmadığını qiymətləndirə bilmədiyi təqdirdə, məlumatların açıqlanması ilə bağlı ədalətli proses ola bilməz", - deyə o bildirib.

Snouden vurğulayıb ki, ABŞ-a qayıdanda ona hökm çıxararlarsa, bu, hakimiyyət tərəfindən buraxılmış pozuntular haqqında məlumatları elan etmək istəyən başqa şəxslərə səhv siqnal verəcək./publika