Şəmkirdə DƏHŞƏTLİ QƏZA: Ata yaralandı, oğlu öldü

Baxış sayı:
13834

Aprelin 8-də saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini A.Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini A.Həsənovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub.
DİN-dən verilən məlumata görə, nəticədə A.Mehdiyevin sərnişinlərindən azyaşlı oğlu Bakir hadisə yerində ölüb, özü və digər sərnişini, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər. 
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.