​Şəmkirdə 22 yaşlı qız ÖZÜNÜ ASDI

O, yaşadığı evdə özünü asıb
Şəmkir rayonunda 22 yaşlı qız özünü asaraq intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini, 1995-ci il təvəllüdlü Aysel Rövşən Qızı Tağıyeva yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.