Siyavuş Novruzov yeni təyinat barədə: “Aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin”

Baxış sayı:
6973

“Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin”
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərinə Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib: “Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək".//Report