​Şimali İraqdan Ceyhana neft nəqli azaldı

Şimali İraqdan Ceyhan limanına nəql edilən xam neftin həcmi gündəlik 225 min barrelə geriləyib.

Muxalifet.az  xəbər verir ki, əvvəllər boru kəməri ilə gündəlik 600 min barrel neft nəql edilirdi.
İraqın şimalındakı Kürd bölgəsindən Ceyhan limanına nəql edilən xam neftin həcmi gündəlik təxminən 225 min barrelə enib. Dünən isə neft nəqlinin gündəlik 500 min barrel olduğu bildirilir.