Şəhid ailəsindən Kılıçdaroğluna sərt təpki: Hansı üzlə bura gəldin.. - VİDEO

Baxış sayı:
5410

CHP sədri Kılıçdaroğlu, Batmanın Gercüş rayonu ətrafında PKK-lı terrorçuların təşkil etdiyi terror partlayışında şəhid olan və dünən cənazəsi mərasimlə torpağa verilən çavuş Neşet Gökün ailəsinə baş sağlığı ziyarətinə gəlib.
 
SƏNİN İTTİFAQ ETDİKLƏRİN ÖLDÜRDÜ ONU
 
Ziyarətdən sonra Kılıçdaroğlu mənzildən çıxan zaman küçədəki çadırda olan şəhidin bir yaxını “Kılıçdaroğlu, hansı üzlə gəlmisən bura, sənin ittifaqda olduğun adamlar bizi bu vəziyyətə gətirdi" deyərək təpki göstərib. Polislər, şəhid yaxınını oradan uzaqlaşdırıb.
Müxalifət.az