Əsəd ordusu PKK/YPG-yə HÜCUM ETDİ

Baxış sayı:
6013

“Reuters”: Suriya ordusunun rəhbərliyindən verilən xəbərə görə, Əsəd rejimi Fəratın şərqində YPG-nin nəzarət etdiyi bəzi qəsəbələri ələ keçirib.
 
Suriya ordusunun dövlət televiziyasında yayımlanan açıqlamasına görə, Əsəd rejimi terror təşkilatı YPG-nin örtük təşkilatı SDG-nin nəzarətində olan bir çox kəndi ələ keçirib.
Bu kəndlərin, Fərat çayının şərqində və İraq sərhədi yaxınlığında olduğu da həmin məlumatda qeyd olunub.
Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin rəhbərliyindəki SDG-nin sözçüsü Kino Qabriel də Əsəd rejiminin Deyrizor yaxınlığında onlara hücum etdiyini təsdiq edib.
Sosial mediadakı terror təşkilatı YPG mənbələri, ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyaya bağlı təyyarələrin, Əsəd rejiminə bağlı ordu birliklərini bimbaladığını iddia edib.
Müxalifət.az