​Samirlə Kamran davasında yeni iddia: "35 min təklif edir"

Aparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyevin arasında yaşanan qalmaqal səngimək bilmir. Musavat.com-a açıqlama verən müğənninin vəkili Ceyhun Yusifov məsələ ilə bağlı yeni iddialar səsləndirib:
"Kamran Həsənli bu aralar ayrı-ayrı adamlardan söz eşitdirir ki, 35 min manat verirəm, şikayətini geri götürsün. Samir Piriyevin "yox" cavabından sonra isə deyir ki, indi o görər, hər yerə şikayət edəcəm! Himayədarlarının vasitəsi ilə dünən həm Bakı Şəhər Prokurorunun, həm də Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin qəbuluna düşən Kamran 2 gündür hər yerdə deyir ki, mən məsələmi həll etdim! Necə olar bilər ki, bu qədər sübut, fakt ola-ola 2 dənə qəbulda olmaq nəyi dəyişir? Kamran məsələsini necə həll edə bilər? Durmadan Türkiyədə obyektin mövcudluğundan danışır, orda olan obyektin var olmağının Kamranın Bakıda mənə vəd verib, aldadıb, dələduzluq edərək pulumu alıb, sonrada "şirkət iflasa uğradı" deməyi ilə nə əlaqəsi var? Ölkədə rəhbər şəxslərin qəbuluna girib yalan danışmaq heç də məsələ həll etmək deyil, ay Kamran"./musavat.com/