“Sabunçu bazarı”nda gizli işləyən kafe: 8 qadın saxlanıldı – FOTO

Baxış sayı:
1877

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Muxalifet.az-ın məlumatına görə, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib./lent.az/