​Saakaşvilinin adamları Tiflisə qayıtdı: HƏRƏKAT BAŞLADI

Baxış sayı:
6514

Amsterdamda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşdükdən sonra Tiflisə qayıdan bir neçə müxalifət lideri “Açıq Platforma” adlı yeni müxalif hərəkatının başladıldığını bəyan ediblər.
Muxalifət.az xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.
“Bütün sağlam düşüncəli vətəndaşlar əmindirlər ki, mövcud hökumət dəyişməlidir. Bu vəzifənin yerinə yetirilməsi üçün müxalifətin birləşməsi lazımdır. Əminəm ki, Saakaşvili ilə birlikdə biz bu birliyin başlanğıcını qoyduq”, - müxalif lider Nika Meliya bildirib.
Onun sözlərinə görə, yeni yaradılmış “Açıq Platforma” hərəkatının qarşısında dayanan başlıca vəzifə Gürcüstanda payızda keçiriləcək prezident seçkilərində müxalifətdən vahid namizədin irəli sürülməsidir.
Xatırladaq ki, Amsterdamda keçirilən görüş zamanı Saakaşvili ilə müxalifət liderləri arasında bir sıra məsələlərdə prinsipial razılaşmaların əldə olunduğu bildirilmişdi.