S-400 və F-35 mexanizmi bu gündən etibarən işə düşdü

Baxış sayı:
454

  Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın TRT Xəbərə verdiyi müsahibədə "S-400 və F-35 üçün birgə işəsalma mexanizmi bu gündən etibarən başlamış sayılır”, dedi.
Bİzim nöqteyi-nəzərimizdən prezident Ərdoğanın ABŞ səfəri çox məhsuldar keçdi. Sülh mənbəyi hərəkatının uğurları Türkiyəyə qarşı mövqeləri dəyişdi.
Türkiyə-ABŞ əlaqəsi bərabər oyunçular səviyəsində qurulub. Prezidentimiz ABŞ-la danışarkən “sizin də, bizim də maraqlarımız var, bunu qarşılıqlı uduşlara çevirə bilərik”, dedi.
Prezident Tramp “Avropa mütləq sizə kömək etməlidir və mən də bunu Avropaya deyirəm”, dedi. Nato Zirvəsində də bu mövzu gündəmə gətiriləcək.   
S-400 və F-35 üçün birgə mexanizm bu gün işə düşür. S-400 NATO sisteminə inteqasiya edilməyəcək. Bu müddət ABŞ-ilə bir yerdə ikitərəfli şəkildə irəliləyəcək.
Deyirdilər ki, S-400-ü işə salsanız sanksiya tətbiq olunacaq. Buna da Türkiyənin NATO üzvü olmasını səbəb gətirirlər. Amma Türkiyə terrora qarşı mübarizə aparanda hansı NATO ölkəsi Türkiyəyə kömək etdi? İŞİD-i terrorçu düşmən hesab edirlər, amma PKK-ya tərəfkeşlik edirlər. Geri addım atmaqdan söhbət belə gedə bilməz, Türkiyə S-400-ü aktivləşdirəcək.   
Bu gün YPG İŞİD-in yenidən oyun meydanına gəlməsini arzu edir, çünki İŞİD təhlükəsi ortadan yox olarsa YPG-yə edilən köməyin mənası qalmayacaq.  
Suriyada bir erməni keşişi öldürüldü və məsuliyyəti İŞİD boynuna götürdü. Bu bölgə PKK/YPG-nin nəzrətindəydi. Bəs necə olur YPG/PKK-nın nəzarətində olan bölgədə İŞİD adamı qətlə yetirir. Dediyimiz kimi İŞİD-in dirilməsini hamıdan çox YPG istəyir.
Senatorlar 'Kürdlər' dedi, prezidentimiz düzəliş etdi, “Siz terroristlərdən bəhs edirsiniz” dedi. “Bəli, haqlısınız” dedilər və öz aralarında mübahisə etməyə başladılar. Lindsey Graham “Türkiyə buraları işğal etdi” demək istədi, Ərdoğan ona “ Siz bu tərzdə danışa bilməzsiniz” dedi. 
Muxalifet.az