​Rza Zərrab azadlıqdadır? - SENSASİON AÇIQLAMA

Ötən il ABŞ-da həbs edilən tanınmış iş adamı Rza Zərrabın azadlığa buraxılması ilə bağlı xəbərlər yayılıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə mətbuatında dərc olunan Rza Zərrabla bağlı xəbər ABŞ Federal Həbsxana Bürosunun rəsmi saytına istinad edilib.
Rəsmi saytda korrupsiya və rüşvət ittihamları ilə həbs edilən iş adamının dosyesində onun azadlığa buraxıldığı qeyd olunub.
ABŞ rəsmiləri isə mövzu ilə əlaqədar açıqlama verərək Rza Zərrabın sərbəst buraxılmadığını, ABŞ Federal Həbsxana Bürosunun rəsmi saytında texniki səhvə yol verildiyini bildiriblər.
Qeyd edək ki, Rza Zərrab İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunaraq ABŞ-ın Mayami şəhərində həbs olunub.