​Rusların Britaniyadakı ŞOK SƏRVƏTİ: Ofşor hesablar

Baxış sayı:
5938

Rusiya vətəndaşlarının Britaniyadakı ofşor hesablarda saxladığı pulun miqdarı 34 milyard sterlinqə (43 milyard dollar) bərabərdir.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə “Sandi Tayms” nəşri çıxış edib.
Nəşrin məlumatına görə, bu məbləğ Rusiya vətəndaşlarının Böyük Britaniya banklarında saxladığı məbləğdən beş dəfə çoxdur.
Ofşor hesablarda saxlanılan məbləğin 30 milyard sterlinqi (41,5 milyard dollar) yalnız bir ərazidə - Britaniyanın Vircin adalarındakı hesablarda cəmləşib. Britaniyadakı ofşor hesablarından son onillikdə keçən rus pullarının məbləği isə təxminən 110 milyard sterlinq (152 milyard dollar) təşkil edib. Bu isə Böyük Britaniyanı ruslar üçün bu sahədə Kiprdən sonra ikinci ən populyar bölgəyə çevirib.