Rusiyanın 3 mərhələli “İdlib” planı - ŞOK DETALLAR

Baxış sayı:
8170

Rusiya və İranın dəstəklədiyi Suriya rejim ordusu, İdlibə hərəkat üçün son hazırlıqlarını davam etdirərkən Türkiyənin müharibəsiz həll turları təsirli olmağa başlayıb. Rusiya, müxaliflərin təslim olub, güc istifadə etmədən problemin həll edilməsində israr edərkən, silah buraxılmadığı təqdirdə bölgədə üç mərhələli bir müharibə planı üçün hərəkətə keçəcəyini bildirib. Bu çərçivədə yaxın zamanda quru hərəkatına başlanması və yeni ilə qədər İdlibin tamamilə alınması məqsədi güdülür.
 
İdlibə qarşı keçiriləcək hərəkat öncəsi Türkiyə, İdlibdəki müxalif qruplarla həllə dair təmaslarını artırıb. Şəhər mərkəzi və ətrafına nəzarət edən müxalif qrupların böyük hissəsi, silahların buraxılmasına məsafəli yanaşır.
 
Necə işləyəcək?
 
Suriya rejiminin İdlibə qarşı hərəkat hazırlıqları Ərəb mediasında işıqlandırılıb. Ərəb mediasında Rusiyanın bölgəyə yönəlik üç mərhələli hərəkat planının detallarına yer verilib. “Şərq Əl Avsat” qəzeti, "Suriyanın şimalında müharibə planları" başlığı ilə verdiyi yazıda, Rusiyanın yeni ilə qədər İdlibi müxalifətçilərdən almağı qarşısına məqsəd qoyduğunu, şəhərin yaxın zamanda üç mərhələli plan çərçivəsində ələ keçiriləcəyi ifadə edilib.
Türkiyənin də plan daxilində görəcəyi işə də ətraflı yer verilən üç mərhələli plan belə açıqlanıb:
“Birinci mərhələ: Rusiya və (Plan daxilində Türkiyənin İdlibə yönəlik çalışması) rejimin hücumlarına qarşı duracaq olan Heyət Təhrir Əl-Şam qrupu silahlarını təslim edib, bölgədən çıxarılacaq. Bölgədən çıxarılan müxalifətçilər, Hələbin şimal-şərqindəki Çobanbəy yaxınlığında hazırlanacaq təhlükəsiz bölgəyə sövq ediləcək. Bu qruplar, İdlib hərəkatından sonra əsas onurğasını YPG-nin təşkil etdiyi Demokratik Suriya Qüvvələrinə (DSG) qarşı hərəkata hazırlanacaq. İdlibdən qaçan əhali isə Afrin bölgəsinə yerləşdiriləcək.
İkinci mərhələ: BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın Suriyalı vətəndaş cəmiyyəti təşkilatlarına verdiyi təklif həyata keçiriləcək.
Üçüncü mərhələ: Rusiya, 2019-a girmədən İdlibi üç mərhələli plan çərçivəsində nəzarət altına alacaq.
Nəzarət altına alınacaq ərazilər isə belə müəyyənləşdirilib:
Birinci mərhələ: Hamanın şimalı, Xan Şeyxin, Mihert El-Nuhman, Hələbin qərbi, Türkmən Dağı, Cisr eş-Şuğur.
İkinci mərhələ: Hama-Hələb arasında beynəlxalq M-5 magistralı ilə Lazkiyə-Hələb arasında beynəlxalq M-4 magistralı.
Üçüncü mərhələ: M-4 avtomobil magistralının şimalı ilə İdlibin Türkiyə ilə olan sərhədi nəzarət ediləcək”.
Müxalifət.az