“RUSİYANI ÖZ ƏLLƏRİ İLƏ BOĞACAQLAR” — Jirinovskidən yeni müharibə proqnozu

Baxış sayı:
3004

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yaxın gələcəkdə Ukraynada hərbi qarşıdurmanın başlayacağı ilə bağlı proqnoz verib.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, siyasətçi “Ukraynalılara dönmüş rusların” Rusiyaya qarşı çıxacağına inanır. O, “Bu almanların, fransızların, ingilislərin, amerikalıların xəyalıdır – Rusiyanı öz əlləri ilə boğmaq!” – deyib.
Jirinovskinin sözlərinə görə, qarşıdan gələn 2021-ci ildə Ukraynada təxribat aktları baş verə bilər, lakin onların hamısı dayandırılacaq və təxribatlar aradan qaldırılacaq.
Buna qədər Jirinovski bildirmişdi ki, Ukraynadan milliyyətcə rus olan təxribatçıların bu yayda Rusiya ərazisinə göndərilməsi gözlənilir. Millət vəkilinin sözlərinə inansaq, ukraynalılar və onlara qoşulan ruslar Ukraynaya qonşu olan rus bölgələrinə “basqın edəcəklər”.