Rusiyadan Ərdoğana tərif: “Məmnuniyyətlə qarşılayırıq”

İştirak etdiyi televiziya proqramında açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov, Türkiyə-ABŞ münasibətlərinə toxunaraq, "Prezident Ərdoğanın ABŞ-ın təzyiqi qarşısında dik duruşunu məmnuniyyətlə qarşılayırıq” deyib.
ABŞ-ın Türkiyəyə misli görünməmiş təzyiq etdiyini bildirən Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın prezidentinin Rəcəb Tayyib Ərdoğanın bu təzyiqə qarşı dik duruşunu məmnuniyyətlə qarşıladığını ifadə edib.
Kremlin sözçüsü Dmitri Peskov bu fikirləri Rossiya-1 televiziyasında yayımlanan bir proqramda söyləyib. Türkiyə-ABŞ əlaqələrinə toxunan Peskov, Ərdoğan haqqında bu ifadələri işlədib:
Türkiyə barmaqla sayılacaq ölkələr arasındadır
“Prinsipcə suveren olaraq müstəqil şəkildə hərəkət edə bilən ölkələrin sayı barmaqla sayılacaq qədər azdır. Rusiya da, Türkiyə də bu ölkələr kateqoriyasında yer alır. Həqiqətən də Türkiyəyə bənzəri görülməmiş bir təzyiq edilir. Prezident Ərdoğanın təzyiqlər qarşısında kifayət qədər qəti və dik duruşunu mövqeyini məmnuniyyətlə qarşılayırıq”.
Peskov sadəcə belə bir qəti mövqe kursunun azad və suveren bir dialoqun yaradılmasına imkan verəcəyini qeyd edib.
Müxalifət.az