​Rusiyadan açıqlama: Heyli istefa verdi, Tramp zəifləyəcək

Baxış sayı:
2827

Nikki Heylinin istefası Donad Trampın opponentləri ilə əlaqəsini zəiflədir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev deyib.
O bildirib ki, Heylini əvəz edəcək şəxsin danışıq üslubu indi vacib məsələlərdən biridir.
“Heylinin istefası Trampın Konqresin və KİV-in təzyiqi ilə üz-üzə gəldiyi vaxta təsadüf edir. Şübhəsiz ki, bu, Trampın mövqelərini zəiflədir”, - deyə Kosaçev bildirib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi N.Heyli vəzifəsindən istefa verdiyini bəyan edib.