Rusiya və Əsəd rejimi İdlibi növbəti dəfə bombaladı

Baxış sayı:
3088

Hımeymim bazasından qalxan Rus döyüş təyyarələri və vertolyotları, müxaliflərin nəzarətindəki yeganə vilayət olan İdlibin bir çox nöqtəsini bombalayıb.
 
Təyyarələrin bombaladığı yerlər arasında Xan Şeyxun, Abdin, Kafran, Əl Lataminah, Siraj və Əl Haveyn var. Abdin kəndindəki hava hücumunda ən az 5 nəfər həyatını itirib, çox sayda yaralı var.
 
VARİL BOMBALARI İSTİFADƏ EDİLİR
 
Sosial mediada əks olunan görüntülərdə, Bəşər Əsədə aid vertolyotların İdlibin cənubundakı Hayş kəndi ilə Xan Şeyxuna varil bombaları atdığı görülüb.
“Reuters” xəbər agentliyi, vertolyotların atdığı varil bombalarının Xan Şeyxunda yaşayan əhalinin yaşadığı evlərə atıldığını bildirib.
Rejimə bağlı ordu birlikləri isə, Hamanın şimalından İdlibə doğru top atəşi ilə hücum edib. İntensiv top atışı davam edərkən, döyüş təyyarələri də havadan bombalayıb.
Təxminən 4 milyon əhali və müxalif qüvvələrin olduğu İdlibə ehtimal bir hərbi hərəkatın fəlakətə yol açmasından ehtiyat edilir. Türkiyə, BMT, ABŞ və Qərb ölkələri, Rusiya və İranı günlərdir belə bir hücum əməliyyatına qoşulmaması üçün xəbərdarlıq edir.
Müxalifət.az