Rusiya Suriya torpaqlarını icarəyə götürür

Baxış sayı:
9175

Suriyanın prezidenti Əsədlə görüşdən sonra Rusiya Suriyadakı Tartus limanını 49 illik icarəyə götürmək üçün müqavilə imzalamağa hazırlaşır.
 
Rusiya Baş nazirinin müavini Yuri Borisov Bəşər Əsəd ilə görüşündən sonra Rusiyanın Qərbi Suriyadakı Tartus limanını ticari nəqliyyat üçün 49 illik icarəyə verəcəyini söyləyib.
 
"Bir həftə ərzində imzalanacaq"
 
Razılaşmanın ötən il əldə edildiyini və sonuncu görüşdə razılaşmanın sona çatdığını ifadə edən Borisov, bu razılaşmanın yalnız ikitərəfli ticarətin artmasını deyil, Suriya iqtisadiyyatının inkişafına da müsbət təsir edəcəyini söyləyib. Borisovun sözlərinə görə, saziş bir həftə ərzində imzalanacaq.
Müxalifət.az