​Rusiya Sarkisyanın qardaşını Ermənistana ekstradisiya edir – HƏBS OLUNMASI ÜÇÜN

Baxış sayı:
4311

Rusiya Baş Prokurorluğu Ermənistan parlamentinin sabiq deputatı Levon Sarkisyanın ekstradisiyası ilə bağlı bu ölkənin baş prokurorluğunun sorğusunu təmin edib.
Muxalifet.az
xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən RİA “Novosti” məlumat yayıb.
Rusiya Baş Prokurorluğunda bildirilib ki, müxtəlif cinayətlərdə ittiham olunan Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün erməni tərəfinin sorğusunun təmin olunması barədə qərar qəbul edilib.
Sarkisyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada iştirakda, həmçinin qanunsuz birləşmə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunçuluqda şübhəli bilinərək axtarışa verilmişdi.
Sarkisyan bir neçə çağırış Ermənistan parlamentinin deputatı, iqtidarda olmuş Respublika Partiyasının üzvü olub. O, eləcə də ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşıdır./Report