Rusiya ilə bağlı SENSASİON QƏRAR: 4 il müddətində...

Baxış sayı:
13102

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanı beynəlxalq olimpiada və dünya çempionatlarından uzaqlaşdırıb. Muxalifet.az xəbər verir ki, xəbər TASS-da yer alıb. Agentliyin İcraiyyə Komitəsi Rusiyanı 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edib. Beləliklə, Rusiya idmançıları da Olimpiya və dünya çempionatlarında milli bayraq altında mübarizə apara bilməyəcəklər. Qərar dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə də şamil olunub.