​Rusiya Hmeymim zərbəsindən nəticə çıxaracaq - Klintseviç

Baxış sayı:
3832

Hmeymim aviabazasının gücləndirilmiş müdafiəsini təmin etmək üçün hazırda Suriya ərazisində kifayət qədər rus hərbi qulluqçusu var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç deyib.
Senator Suriyadakı qüvvələrin bazanın təhlükəsizliyini qorumaq üçün kifayət edəcəyini və Rusiyanın hadisədən müvafiq nəticə çıxaracağını bildirib.
Qeyd edək ki, dekabrın 31-də Rusiyanın Suriyadakı Hmeymim bazasına hücum olub. “Kommersant” qəzeti hücum zamanı 4 Su-24 bombardmançısı, 2 Su-35C qırıcısı və 1 An-72 hərbi nəqliyyat təyyarəsinin məhv edildiyini yazmışdı.