Rus döyüş gəmisi Aralıq dənizinə doğru yol aldı: Vəziyyət gərginləşir

Baxış sayı:
2275

Rusiya Donanmasına aid “Orsk” adlı döyüş gəmisi Dardanel Boğazından keçərək istiqamətini Aralıq dənizinə çevirib.
 
Dardanel Boğazından keçən Rusiya Donanmasına aid 148 bort nömrəli “Orsk” adlı döyüş gəmisi Aralıq dənizinə doğru istiqamət götürüb.
Döyüş gəmisinin boğazdan keçidi zamanı göyərtəsində can jilet geyinən əsgərlərin olduğu görülüb.
Xatırladaq ki, ABŞ da 2 gün öncə təyyarə daşıyan gəmilər və onları müşayiət edən 6 gəmi ilə Aralıq dənizinə yönəlmişdi.
 Müxalifət.az