RÖVNƏQ ABDULLAYEV XALASI QIZINI YENİDƏN NECƏ DEPUTAT SEÇDİRDİ... - Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var? / ŞOK İDDİALAR

Nizami rayon 25 saylı ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədov 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı DSK-ya müraciət edib.

“Hürriyyət”in əldə etdiyi məlumata əsasən, fevralın 13-də Nizami rayon 25 saylı Dairə Seçki Komissiyasının sədri Heydər Vəliyevə ünvanlanan müraciətdə qeyd olunur:

“Diqqətinizə çatdırım ki, 9 fevral növbədənkənar parlament seçkiləri günü namizədliyimi verdiyim 25 saylı Nizami rayon ikinci seçki dairəsinin bütün məntəqələrində kütləvi saxtakarlıq faktları qeydə alınmışdır. Nizami rayon 25 saylı ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədov 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı DSK-ya müraciət edib.

“Hürriyyət”in əldə etdiyi məlumata əsasən, Nizami rayon 25 saylı Dairə Seçki Komissiyasının sədri Heydər Vəliyevə ünvanlanan müraciətdə qeyd olunur:

“Diqqətinizə çatdırım ki, 9 fevral növbədənkənar parlament seçkiləri günü namizədliyimi verdiyim 25 saylı Nizami rayon ikinci seçki dairəsinin bütün məntəqələrində kütləvi saxtakarlıq faktları qeydə alınmışdır.

Belə ki, seçkiqabağı təşviqat kampaniyası zamanı SOCAR əməkdaşları YAP-ın namizədi Sədaqət Vəliyevanın xeyrinə səs toplamaq məqsədilə 25 saylı dairənin ərazisindəki binaların həyətlərini asfaltamaq, xeyir-şər evlərini təmir etmək və stullarla təmin etmək, eləcə də digər qanunsuz fəaliyyətlə məşğul olduqları kimi, seçki günü də vətəndaşların sərbəst səs verməsinə kobud müdaxilələr etmiş, seçki prosesini aşkar şəkildə pozmuşlar.

Təəssüflə qeyd edirik ki, 25 saylı dairənin 33 məntəqəsinin hər birində nümayəndə və müşahidəçi vəsiqələri daşıyan çox sayda SOCAR əməkdaşları öz səlahiyyətlərini aşmış, digər namizədlərin, o cümlədən də mənim müşahidəçilərimin seçki prosesini müşahidə etməsinə imkan verməmiş, onlara təzyiq göstərmiş, hətta bəzi məntəqələrdə zorakılıq və aşkar güc tətbiq etmişlər. Hansı ki, bu təzyiqlərə məntəqə sədrləri və seçki komissiyasının üzvləri heç bir reaksiya verməmiş, əksinə bir çox hallarda onlar da müşahidəçilərin fəaliyyətinə kobud şəkildə əngəl olmuşlar.

Bu səbəbdən, səsvermə başa çatdıqdan sonra əksər müşahidəçilərim çoxsaylı təzyiqlər və səlahiyyətlərinin icrasına imkan verilməməsi səbəbindən, səslərin sayılmasını sonadək izləyə bilməmiş, bəzi müşahidəçilərim isə SOCAR əməkdaşları tərəfindən döyülərək zaldan çıxarılmışdır.

Картинки по запросу "vüqar məmmədov"

Cənab Vəliyev!

Nəzərinizə çatdırım ki, əlimizdə 25 saylı DSK-nın əksər məntəqələrində baş verən total saxtakarlıq, aşkar qanun pozutuları və mənim nümayəndə və müşahidəçilərimin fəaliyyətinin kobud şəkildə qarşısının alınmısını sübut edən foto və videolar şəklində çoxsaylı faktlarımız var. Bu faktların hər biri 9 fevralda seçki məntəqələrinin SOCAR əməkdaşlarının girovluğunda olduğunu sübut edir.

Sizdən xahiş edirəm ki, şikayət komissiyasının toplantısını çağırıb, mənim nümayəndə və müşahidəçilərimin iştirakı ilə sizə təqdim edəcəyimiz faktların araşdırılmasını təmin edib, qanunamüvafiq qərar qəbul edəsiniz. Əks halda, qanunun aliliyini təmin etmək məqsədilə müvafiq hüquqi prosedurlara baş vuracağımızı diqqətinizə çatdırırıq”.

Deputatlığa namizədin Seçki qərargahından əldə etdiyimiz məlumata görə, müracitədən bir həftəyə yaxın vaxt keçsə də, DSK şikayəti və seçki saxtakarlığı ilə bağlı faktları araşdırmaqda maraqlı görünmür. Bu isə onunla bağlıdır ki, SOCAR prezidenti Rövnəq Abdullayevin xalası qızı Sədaqət Vəliyevanın 5 və 10 il əvvəl olduğu kimi, yenə saxta yolla deputat seçdirilməsini ictimaiyyətdən və ölkə başçısından gizlətməyə çalışırlar.

Namizədin nümayəndələri DSK tərəfindən şikayətə baxılmaması ilə bağlı MSK-ya və Baş prokurorluğa müraciət edəcəklərini bildirir. Məlumata əsasən, 25 saylı dairədə seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığını sübut edən sənədlərlə yanaşı, çoxsaylı video-görüntülər də sözügedən qurumlara təqdim olunacaq.

O cümlədən, bu saxtakarlığın arxasında SOCAR rəhbərliyi ilə yanaşı, daha hansı məmurların dayandığı yaxın günlərdə səs yazıları və video-görüntülər şəklində geniş ictimaiyyətə təqdim olunacaq.

“Hürriyyət”