Ərini “terrorist” adlandırdı, işə düşdü

Sabiq türkiyəli futbolçu Emre Aşık həyat yoldaşı Yağmurdan ayrılmaq üçün məhkəməyə müraciət etmişdi.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, cütlük əvvəlcə razılaşsa da, sonradan Yağmur boşanmaqdan vaz keçib. Daha sonra cütlük arasında dava çıxıb.
Arvadı Emreni polisə şikayət edərək, onu əsəbiləşdirmək üçün "FETOÇU" deyə qışqırmağa başlayıb.
Polis isə bunu nəzərə alaraq, Emre haqqında istintaq başladıb.
Mediada bu haqda xəbərlər çıxandan sonra isə Yağmur açıqlama verərək, ərinə əsəbi olduğu üçün şər atdığını bildirib:
"Biz həmin gün Emre ilə dalaşmışdıq. Ona əsəbi halda bir çox söz demişəm. Emre vətəninə bağlı adamdır. Onun "FETO"nun "F"i ilə belə əlaqəsi yoxdur. Ailəmdən buna görə üzr istəyirəm. Çox peşmanam. Əsəbim keçəndən sonra Emredən şikayət etməyəcəyimi dedim. Polislər də buna görə, istinaqa xitam verdilər".