Regionlarda da sosial evlər tikiləcək?

Baxış sayı:
8611

İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.
Muxalifet.az
Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: “Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın”.
Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: “Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm”.