“Referans Medical Group“ MMC-ni cərimə gözləyir - Fərdi məlumatlar haqqında qanunvericilik pozulub

Baxış sayı:
5236

"Referans Medical Group" MMC-ni inzibati protokol yazılıb.

Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd: Qeyd: Nizamnamə kapitalı 100 manat olan "Referans Medical Group" MMC-nin qanuni təmsilçisi Elgiz Vaqif oğlu Dadaşovdur. MMC-yə Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi, Leyla Medical Center, LOR Hospital, Referans Ambulans, Referans Estetik Mərkəzi, Referans Eşitmə Mərkəzi, Referans Wellbeing Center, Tolerans Nitq və Psixologiya Mərkəzi, İkinci Nəfəs Siqaret tərgitmə Mərkəzi, 36.6 Med Referans Gəncə , Hepatoloji Mərkəz by Referans Medical Group, ALTRİX Tibbi Təlim Mərkəzi daxildir. Şəbəkənin Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun nəzarətində olduğu bildirilir./azfakt.com