​Ərdoğana məşhur mükafat veriləcək

Baxış sayı:
4339

Dünya Boks Şurası və Dünya Boks Təşkilatının sülh elçisi Suriya əsilli boksçu Mahmud Ömər Manuel Çarr ilin sülh mükafatını Türkiyəyə gətirərək Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcəyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, boksçu suriyalı qaçqınlara göstərdikləri yardımlardan dolayı Türkiyənin bu mükafata layiq olduğunu deyib.
“Bildiyiniz kimi, mən də miqrant övladıyam. Miqrant kimi yaşamağın necə çətin olduğunu çox yaxşı bilirəm. Məmləkətimdəki qorxunc müharibələrdən qaçaraq Türkiyəyə sığınan 4 milyona qədər insana qapılarını açan, çörəyini bölüşən uca türk xalqı və onların öndəri Prezident Ərdoğanı bu mükafata namizəd kimi göstərmişəm. Şura araşdırma aparıb və təklifimi dəyərləndirərək fədakar türk xalqını bu mükafata layiq görüb”, - deyə o əlavə edib.
Manuel Çarr şuranın mükafatlandırma mərasimi üçün üzərində Coze Suleyman, əfsanəvi boksçu Məhəmməd Əli, Ərdoğanın və özünün fotolarının olduğu xüsusi kəmər hazırladığını bildirib.
Qeyd edək ki, Mahmud Ömər Manuel Çarr bundan əvvəlki açıqlamalarında da Türkiyə prezidentini suriyalılara göstərdiyi yardımlardan dolayı çox sevdiyini demişdi.