Ərdoğan TANAP qaz xəttinin açılışını edəcək

Baxış sayı:
9127

Bu gün TANAP xəttinin Avropaya qoşulması Türkiyədə Ədirnədə mərasimlə qeyd olunacaq. Ədirnənin İpsala bölgəsinin Sarıcaalı kəndində Trans Anadolu Təbii Qaz xətti MS4 Ötürmə Stansiyasında həyata keçiriləcək mərasimdə Türkiyə prezidenti R.T. Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi bildirilir. Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir. Bundan başqa Türkiyə Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz ilə aidiyyatı olan ölkələrin enerji nazirləri iştirak edəcək. Dəyəri 7 milyard dollar olan TANAP bu gün Yunanıstan sərhəddində Trans Adriatik Boru Xətti vasitəsilə Avropaya qoşulacaq və qaz ixracına başlanılacaq. Bildirək ki, TANAP Türkiyənin 20 vilayətindən keçir. Ümumi həcmi 16 milyard m3 olan boru xəttindən Trükiyəyə gələn qaz miqdarının tezliklə 6 milyard m3-ə qədər artırılmağı nəzərdə tutulur. Qalan 10 milyard m3 isə TAP ilə Avropaya göndəriləcək. TANAP-ın Türkiyə - Gürcüstan sərhəddində Ərdəhanın Türkgözü kəndində başlayan yolu 20 vilayətdən keçərək Türkiyə - Yunanıstan sərhəddində bitir. Muxalifet.az