Ərdoğan Soçi ÜÇLÜ ZİRVƏSİNİ AÇIQLADI: KRİTİK QƏRARLAR ALINA BİLƏR

 Rusiya, Küveyt və Qətər səfərlərindən sonra prezident Ərdoğan, Suriya mövzusunda liderlər səviyyəsində kritik bir görüş olacağını açıqlayıb.
 
Prezident Ərdoğan, Rusiya, Küveyt və Qətər səfərlərini başa çatdırıb. Ərdoğanın Putin ilə keçirdiyi görüşdə əsas gündəm maddəsi Suriya olub.
Prezident Ərdoğan noyabrın 22-də Soçidə liderlər səviyyəsində üçlü zirvə görüşünün olacağını açıqlayıb. Ərdoğan, Türkiyə, Rusiya və İranın bir araya gələcəyi toplantıda həlledici qərarlar qəbul oluna biləcəyini deyib. İclasdan bir gün əvvəl xarici işlər nazirlərinin bir araya gələcəyini deyən Ərdoğan, həmin gün baş qərargah rəislərinin də bir araya gələcəyini bildirib.
 
  ASTANA PROSESİNİ DAVAM ETDİRMƏK İSTƏYİRİK
 
Ərdoğan "Suriyada müharibənin sona çatdırılması və siyasi keçid məsələsini də ətraflı müzakirə etdik. Türkiyə, Rusiya və İran olaraq Astana prosesini davam etdirmək istəyirik. Ayın 22-də liderlər səviyyəsində bir araya gələcəyik. Başda İdlib, Afrin olmaqla, son prosesləri müzakirə etmək imkanımız olacaq. Məlumdur ki, xüsusilə İdlibdəki 12 müşahidə nöqtəsi məqamı həssaslıq daşıyır. Bu müşahidə nöqtələri məsələsində Türkiyə olaraq bizlər, Rusiya, hətta İranın da bununla bağlı tələbi varsa, biz orada çevik davranacağıq. Ancaq Afrin məsələsində İranın ora ilə bağlı bəzi istəkləri var ki, biz buna yaxşı baxmırıq. Çünki oradan çəkilmə məsələsində Hamburqdakı G-20 sammitində Rusiyanın bizə verdiyi sözləri var. Rusiyanın oradan çıxarılması, oradan bizə qarşı mümkün təhdid və təcavüzlər baxımından narahatlıqlarımız var və bundan dolayı Türkiyəyə lazımi anlayışın göstəriləcəyi sözü verilmişdi. Afrin hadisəsini biz bu çərçivədə qiymətləndiririk. Afrində demoqrafik quruluşun qorunmasını istəyirik. Orada son zamanlardakı yerləşmələrlə bərabər 55 faiz bir Ərəb əhalinin, 30-35% kimi bir Kürd əhalinin yarandığını görürük; Orada əhalinin qalan hissəsinin də Türkmənlərdən ibarət olduğu bir demoqrafik quruluşun olması lazımdır" deyə, bildirib.
“ABŞ-ın İŞİD-ə qarşı atdığı addımlarda PYD-YPG kimi terror qruplarını istifadə etdiyi bilinir. Bunlara çox ciddi ödənişlər sərf edilmişdir. Bunlar Rakkada, Münbiçtə bu cür qruplardan istifadə etmişlər. Münbiçin əsas sakinləri olan Ərəbləri şəhərdən qovub, oranı PYD-YPG-yə peşkəş  etmişlər. Eyni şey Rakkada da baş vermişdir. ABŞ-ın istifadə etdikləri o terror qruplarının Rakka ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən Rakkanın da şəhərin həqiqi sakinlərinə təslim edilməsi üçün iş görülməlidir".
 
 DÜNYANIN GÖZÜ O İCLASDA OLACAQ
 
“Suriyadakı prosesləri bizim diqqətlə müzakirə etməyimiz lazımdır ki, sağlam nəticəyə gələk. Bunun üçün bu ayın 22-də mən, Putin və Ruhani bir araya gələcəyik. Keçirəcəyimiz bu görüş mühüm əhəmiyyət kəsb edir."
Müxalifət.az