​Ərbildən Bağdada 7 maddəlik təklif göndərildi

Ərbil ilə Bağdad arasındakı problemlərin həlli üçün 7 maddəlik təklif təqdim olunub.

Muxalifet.az xəbər verir ki, peşmərgə nümayəndəsi Cabbar Yavər məsələ ilə bağlı bunları qeyd edib:
"Noyabrda Mosulda İraq nümayəndə heyəti ilə görüşdük. Bağdad ilə Ərbildən olan hərbi heyətlər 7 maddəlik layihə hazırlayıb. İki tərəf də 7 maddəlik layihə üzərində ətraflı şəkildə görüşüb. Layihə öncə Kürdüstan bölgəsindəki siyasətçilərə təqdim olundu. Sonra da İraq hökumətinə göndərilib. Bağdaddan verilən təkliflərə cavab verməsini gözləyirik".
Bağdada təqdim olunan 7 maddəyə dair ətraflı məlumat verməyən Yavər bildirib ki, 3 maddə ilə bağlı razılıq əldə edilmədiyini bildirib.