Rafael Ağayevdən MÖHTƏŞƏM QƏLƏBƏ - idmançımız növbəti qızıl medalını qazandı
16-02-2020 20:54
Baxış sayı:
4972
Dubayda Karate 1 Premyer Liqa turnirində çıxış edən Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) növbəti uğura imza atıb.
“Report” xəbər verir ki, karateçimiz turnirdə birinci yer uğrunda Luici Busa (İtaliya) ilə döyüşüb.
Döyüş Rafael Ağayevin qalibiyyəti ilə yekunlaşıb. Bununla da karateçimiz qızıl medal qazanıb.
Qeyd edək ki, bundan əvvəl digər karateçimiz İrina Zaretska (68 kq) bürünc medal əldə edib.
Dubayda Karate 1 Premyer Liqa turniri başa çatıb. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.